
2014-cü ilin əvvəlindən indiyədək Ermənistan və Qarabağdakı separatçı rejimin hərbi qüvvələrində xidmət edən 38 hərbçi insident zamanı həlak olub.
Modern.az saytı Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu haqda Helsinki Vətəndaş Assambleyasının Vanadzor ofisi məlumat yayıb.
Məlumatda qeyd edilir ki, ötən ilin yanvar-sentyabr aylarında ölən erməni hərbçilərinin sayı 25 nəfər olub.
İddiaya görə, erməni hərbçilərinin 20 nəfəri atışmada ölüb. 6 hərbçi bədbəxt hadisə, 3-ü isə xidmət qaydalarının pozulması nəticəsində ölüb. Daha 3 erməni səhhətindəki problem səbəbindən dünyasını dəyişib, bir nəfər isə silahla ehtiyatsız davrandığına görə həyatını itirib, bir hərbçi intihar edib.
Modern.az