Modern.az

Zakir Həsənov hərbçilərə Qurban bayramı təbriki ünvanladı

Zakir Həsənov hərbçilərə Qurban bayramı təbriki ünvanladı

Təhsil

2 Oktyabr 2014, 15:50


Azərbaycan Respublikasının müdafiə naziri,  general-polkovnik Zakir Həsənov Qurban bayramı münasibəti ilə Silahlı Qüvvələrin şəxsi heyətini təbrik edib. Modern.az-ın məlumatına görə, nazir  zabitlər, gizirlər, miçmanlar, çavuşlar, əsgərlər və matroslara xitab edərək, onları müqəddəs Qurban bayrami münasibəti ilə təbrik edib.

“Əsas amalı həmrəylik, dostluq, halallıq, bərabərlik və mərhəmət olan Qurban bayramı respublikamızda bütün sahələrdə əldə olunmuş yüksək nailiyyətlərlə qeyd olunur.
Möhtərəm prezidentimiz İlham Əliyevin rəhbərliyi altında beynəlxalq nüfuzunu və iqtisadi qüdrətini artıran ölkəmizdə iqtisadiyyatın dinamik inkişafı təmin edilmiş, əhalinin həyat səviyyəsi daha da yaxşılaşdırılmış, respublikamızın müdafiə qüdrətinin artırılması sahəsində böyük uğurlara nail olunmuş, müstəqilliyimiz daha da möhkəmlənmişdir.
Hər birinizə möhkəm cansağlığı, uzun ömür, ailə səadəti və xidmətinizdə müvəffəqiyyətlər arzulayıram”.


Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı