
Ermənistanda qeydiyyatda olan 5271 narkomanın 21-i qadın, 3-ü yetkinlik yaşına çatmayanlardır. Modern.az saytı Ermənistan KİV-nə istinadən bildirir ki, bu haqda Ermənistan polisinin mütəşəkkil cinayətkarlıqla mübarizə üzrə baş idarəsinin rəis müavini Vardan Badasyan mətbuat konfransında məlumat verib. Onun sözlərinə görə, 2013-cü illə müqayisədə (5022 nəfər) narkomanların sayı artıb.
Modern.az