Modern.az

Lerikli gənc çağırışçılar hərbi xidmətə yola salındı - FOTOLAR

Lerikli gənc çağırışçılar hərbi xidmətə yola salındı - FOTOLAR

Təhsil

2 Oktyabr 2014, 18:38
Oktyabrın 2-də Lerik rayonunda gənclərin hərbi xidmətə yola salınması ilə bağlı mərasim keçirilib. Yeni Azərbaycan Partiyası Lerik rayon şöbəsindən Modern.az-a bildirilib ki, Heydər Əliyev meydanında keçirilən tədbirdə çağırışçılarla yanaşı, rayon ictimaiyyətinin nümayəndələri, müharibə veteranları və valideynlər iştirak ediblər. Çağırışçılar əvvəlcə görkəmli siyasi xadim Heydər Əliyevin abidəsini ziyarət ediblər, abidəsi onünə gül dəstəsi qoyublar. Daha sonra   Heydər Əliyev Mərkəzində onun həyat və fəaliyyətini əks etdirən eksponatlarla tanış olublar.

Mərasim dövlət himninin səsləndirilməsi ilə başlanıb.Tədbirdə çıxış edən Lerik rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov hərbi xidmətin hər bir vətəndaş üçün müqəddəs borc olduğunu vurğulayıb, O, bildirib ki, prezident  İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Silahlı Qüvvələri regionun ən güclü ordusuna çevrilib və hazırda qarşıya qoyulan bütün vəzifələrin öhdəsindən gəlmək qabiliyyətindədir. Ordu sıralarında xidmətin böyük şərəf və məsuliyyət olduğunu bildirən rayon İcra Hakimiyyətinin başçısı gənclərə uğurlar arzulayıb.
YAP Lerik rayon təşkilatı gənclər birliyi də öz növbəsində gənclərlə görüşüb onları Vətənimizin keşiyində mətanətlə və sayıq dayanmağa çağırıb. Hərbi xidmətə yola salınan gəncləri təbrik edərək dövlət müstəqilliyinin qorunmasında, eyni zamanda, gənclərin bir şəxsiyyət kimi formalaşmasında milli ordumuzun əhəmiyyətindən söz açıb, ölkəmizin təhlükəsizliyi və müdafiəsinin təminində Azərbaycan Ordusunun müstəsna rolundan danışılıb. Sonda hərbi orkestrin sədaları ilə  Dövlət bayrağını öpüb, müqəddəs Qurani kərimin altından keçən gənclər təntənəli surətdə həqiqi hərbi xidmətə yola düşüblər.






Mail 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı