Türkiyə Böyük Millət Məclisi (Parlament) İraq və Suriyadan ölkəyə terror təhdidinin qarşısını almaq üçün Baş Nazirliyin qanun layihəsini qəbul edib.
Modern.az saytı Türkiyə KİV-nə istinadən xəbər verir ki, qanun layihəsinə 396 millət vəkili səs verib. Onlardan 98-i əleyhinə, 298-i isə lehinə səs verib.
Qeyd edək ki, qanun layihəsində Türkiyə hökumətinə Silahlı Qüvvələrin ölkə xaricinə göndərilməsi səlahiyyəti nəzərdə tutulur.
Bununla, rəsmi Ankara Türkiyə ordusundan İŞİD terrorçu qruplaşmasına qarşı mübarizədə istifadə yetkisini əldə edib.
Modern.az