Modern.az

Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndəsi öldürüldü

Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndəsi öldürüldü

Təhsil

3 Oktyabr 2014, 00:46


Donetskdə Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndəsi ölüb.  

Modern.az saytı rus KİV-nə istinadən xəbər verir ki, bu barədə qondarma “Donetsk Xalq Respublikası”nın “Müdafiə Nazirliyi” məlumat verib.  

Beynəlxalq Qırmızı Xaç Komitəsi də  əməkdaşlarının öldüyünü təsdiqləyib.   Təşkilatın həlak olan əməkdaşının İsveçrə vətəndaşı Loran Etyen olduğu bildirilib.  BQXK bəyan edib ki, fakt araşdırılacaq və bu  barədə əlavə məlumatlar veriləcək.  

Ukrayna xarici işlər naziri Pavel Klımkin hadisəyə görə Donetskdəki rus meylli separatçıların məsuliyyət daşıdığını bildirib. Onun sözlərinə görə BQXK nümayəndəsi separatçıların açdığı atəş nəticəsində həlak olub.  

Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı