Modern.az xəbər verir ki, Azərbaycan mətbuat tarixinin, xüsusilə mühacirət nəşrlərinin tanınmış tədqiqatçısı, filologiya elmləri doktoru Abid Tahirlinin Türkiyədə kitabı nəşr olunub.
Bu kitab İsmayıl Qaspiralının həyat və yaradıcılığından bəhs edən “İsmayıl Gaspıralı dünyası İsmayıl Qaspıralı dehası” adı ilə Türkiyədə “İleri” nəşriyyatı tərəfindən buraxılıb. Kitabı türkcəyə Cumhur Turan çevirib.
A.Tahirli eyni zamanda bütün türk dünyasının tərcümanı İsmayıl Qaspiralı irsinin fəal araşdırıcısıdır. Bu mövzuda onun respublika mətbuatında onlarca elmi məqaləsi dərc olunub, “Bütün türklərin tərcümanı” adlı kitabı 2 dəfə nəşr edilib. (Bakı, “Ozan”, 2011-ci il, 239 səh; “Ozan”, 2012-ci il, 312 səh.).
Xatırladaq ki, 2014-cü il YUNESKO tərəfindən İsmayıl Qaspiralı ili elan olunub.
Modern.az