Modern.az

Qarabağda öldürülən Həsən Həsənov Binəqədi qəbristanlığında dəfn olunacaq

Qarabağda öldürülən Həsən Həsənov Binəqədi qəbristanlığında dəfn olunacaq

Təhsil

3 Oktyabr 2014, 11:02


“Hazırda 1 saylı Klinik Tibbi Mərkəzə ekspertizanın nəticələrinə görə gedirəm”. Bu barədə Modern.az-a girovluqda öldürülən Həsən Həsənovun qardaşı Nail Həsənov məlumat verib. Onun sözlərinə görə, ekspertizanın nəticələri bu gün də, bir neçə gün sonra da açıqlana bilər. “Dəqiq vaxt deyilməyib. Nəşi də heç görməmişik. Ailədə hamı nigaran, narahatdır”.

“Artıq Həsən üçün evinə yaxın bir yerdə, Binəqədi qəbristanlığında yer götürmüşük. Dəfn orda olacaq”.

Qeyd edək ki, əslən Cəbrayıl rayonundan olan Həsən Həsənov bu ilin iyulunda işğal altındakı Kəlbəcər rayonunda girov götürülərək öldürülmüşdü. Onunla birlikdə Kəlbəcərə - dədə-baba yurdunu ziyarətə getmiş Dilqəm Əsgərov və Şahbaz Quliyev isə hələ də erməni girovluğunda saxlanılır.

Gülşən RAUFQIZI

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı