“Sosial və ənənəvi media öz problemlərini yüksək səviyyədə həll edəcək Bakı Beynəlxalq Humanitar Forumunun get-gedə dünyada miqyası daha da genişlənir. Çünki, bu gün dünyanın 60-dan çox nümayəndə heyətləri burada iştirak edir”.
Modern.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında AzərTac-ın Baş direktoru Aslan Aslanov deyib.Onun sözlərinə görə, Humanitar Forumun dünən keçirilən iclasında da prezidnt İlham Əlievin dərin məzmunlu nitqində də, bir sıra xarici ölkələrin sabiq prezidentlərinin məruzələrində də, bir sıra Nobel laureatlarının çıxışlarında da forumun fəaliyyətinə çox yüksək qiymət verilib.
“Hətta Bakı Beynəlxlaq Humanitar Forumu Davos İqtisadi Forumu ilə müqayisə olundu. Belə fikirlərdə səsləndi ki, artıq Bakı Beynəlxalq Humanitar Forumu Davos İqtisadi Forumu səviyyəsinə qalxıb və dünyanın bütün ölkələrində özünə hörmət qazanıb. Bu forumun mətbuat bölümünə artıq neçə illərdir ki, AzərTAc təşkilatçılıq edir. Bu ildə forumun mətbuat bölməsinə ciddi hazırlaşmışıq”.
A.Aslanov deyib ki, dünyanın bir çox ölkələrindən 70-dən çox qonaq var: “Bu gün dünyamız çox sürətlə dəyişir. Bu dəyişiklik həyatımızın bütün sahələrinə nüfuz edir. Bu da mıətbuatın üzrinə xüsusi vəzifələr qoyur. Yaşadığımız əsrin ötən 14 ilində ənənvi media ilə sosial media arasında çox ciddi rəqabət başladı. Sözün həqiqi mənasında internet jurnalistika ənənəvi medianı ciddi sürətdə sıxışdırır. XXI əsrin bu günündə jurnalistikanın yeni bir sahəsi yaranır ki, bunu inkar edə bilmərik. Sosial media demək olar ki, həyatımızın bütün sahələrində öz yerini tutur. Bu gündə bu mövzular forumda müzakirə olunur. Çünki bu hər kəsi narahat edən mövzudur. Ancaq narahatlığa ciddi əsas yoxdur. Həm sosial, həm də ənənəvi media öz problemlərini yüksək səviyyədə həll edəcək və onlar bərabər sürətdə cəmiyyətin bütün problemlərinin həllində yanaşı addımlayacaqlar”.
Rüfanə Günəş