
Oktyabrın 3-də bayraqdar kimi tanınan Elman Türkoğlunun jurnalist Xədicə İsmayıla qarşı məhkəmə iddiası üzrə hazırlıq iclası keçirilib.
Ərizə baxılmaq üçün icraata götürülüb.
Bu haqda "Azadlıq" radiosuna Elman Türkoğlunun özü məlumat verib.
Məhkəmə oktyabrın 9-a təyin olunub. Prosesə hakim Sədrəddin Hacıyev sədrlik edəcək.
«Baş bayraqdar» ayamalı Elman Həsənov (Türkoğlu) jurnalist Xədicə İsmayılın Cinayət Məcəlləsinin böhtan maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmasını istəyir.
Modern.az