
“Oktyabrın 28-30-da Azərbaycanda gənclər siyasəti üzrə I Qlobal Forum keçirləcək. Birləşmiş Millətlər Təşkilatı və Avropa Şurasının təşəbbüsü ilə təşkil olunan forumda 700-dən çox nümayəndələrin iştirakı gözlənilir”.
Bunu gənclər və idman nazirinin müavini İntiqam Babayev deyib.
Modern.az xəbər verir ki, nazir müavini Azərbaycanda baş tutacaq beynəlxalq forumdan danışarkən qeyd edib ki, hazırda 106 ölkədən rəsmi iştirak barədə təsdiq alınıb. Tədbirdə gənclər təşkilatları ilə yanaşı, ölkələrin QHT-ləri də iştirak edəcək. Həmçinin, gənclərin online iştirakı da nəzərdə tutulur. “Online iştirak üçün 200 yer ayrılsa da, artıq müraciətlərin sayı 4700-ü keçib”.
Nazir müavini qeyd edib ki, belə forumun keçirilməsi BMT baş katibinin gənclərlə iş üzrə elçisi ofisinə aiddir.
“Forumun keçirilməsində məqsəd dünyanın bütün ölkələrinə aid gənclərlə bağlı siyasətə dair müəyyən bir tövsüyyələrin hazırlanması, müəyyən istiqamətlərinin formlaşadırılmasından ibarətdir. İlk dəfə gənclərlə bağlı təşkilatlar, qurumlar bir araya gəlib fikir mübadiləsi aparacaq.
Azərbaycanın belə tədbirə ev sahibliyi etməsi böyük önəm kəsb edir. Bu ölkəmizin bu günə qədər apardığı gənclər siyasətinin uğurlarının nəticəsidir. Bu sahədə təcrübəmiz bu qərarın qəbul olmasına təsir edib. Təşəbbüsçü BMT-nin baş katibinin gənclərlə iş üzrə elçisinin ofisidir.
Rəsmi kvotaya görə, forumda 700 nəfərin iştirakı gözlənilsə də, bu say hər gün dəyişə bilər. Bununla yanaşı, BMT-yə daxil olan ölkələrin mütləq əksəriyyəti bu tədbirdə iştirakı gözlənilir”.
Məltəm Talıbzadə