Bakının Təzəpir məscidində Qurban Bayramı münasibətilə qılınacaq bayram namazının vaxtı məlum olub.
Modern.az saytı xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Təşkilat şöbəsinin müdiri Hacı Əlirza Qafarovun verdiyi məlumata görə, Təzəpir məscidində bayram namazı oktyabrın 5-də səhər saat 09:00-da qılınacaq.
QMİ rəsmisi həmçinin bildirib ki, Azərbaycanda oktyabrın 4-ü və 5-i Qurban Bayramı günü kimi qeyd olunacaq və ölkəmizin bütün məscidlərində bayram namazı qılınacaq.
Qurban bayramımız mübarək olsun!
Modern.az