Modern.az

Azərbaycanla Böyük Britaniya arasında hərbi əməkdaşlıq planı imzalanıb

Azərbaycanla Böyük Britaniya arasında hərbi əməkdaşlıq planı imzalanıb

Təhsil

3 Oktyabr 2014, 20:26

Bu gün Azərbaycan Müdafiə Nazirliyi ilə Böyük Britaniyanın Müdafiə Nazirliyi arasında Qərargah danışıqları keçirilib.

Modern.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, tədbirdə iki ölkə arasında müdafiə sahəsində əməkdaşlığın cari vəziyyəti və gələcək perspektiviəri müzakirə olunub, regional təhlükəsizlik məsələləri barədə fikir mübadiləsi aparılıb.

Danışıqların yekunu olaraq "Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Böyük Britaniyanın Müdafiə Nazırliyi arasında 2015/16-cı maliyyə ili üzrə hərbi əməkdaşlıq planı" imzalanıb.

Sənədi Azərbaycan tərəfdən Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi general-mayor Hüseyn Mahmudov, Böyük Britaniya tərəfdən isə Müdafıə Nazirliyinin NATO və Geniş Avropa İdarəsinin İkitərəfli Əlaqələr Qrupunun rəhbəri xanım Debbi Brazers imzalayıb.

Modern.az  
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı