Modern.az

Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçıları Slavyan Universitetində - FOTO

Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçıları Slavyan Universitetində - FOTO

Təhsil

3 Oktyabr 2014, 20:00


Oktyabrın 2-də IV Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçılarının bir qrupu Bakı Slavyan Universitetinin qonağı olub. BSU-dan Modern.az-a verilən məlumata görə, Almaniyadan gələn Bakı Beynəlxalq Humanitar Forumunun Multikulturalizm dəyirmi masasının “Kitabi Dədə Qorqut - Nibelunqlar” panelinin iştirakçıları prof. dr. Hendrik Bushoten, prof. dr. Aksel E.V. Müller, prof. dr. Hans Yürqen Şoyer və dr. Ute Obhof BSU-nun V.f.Humboldt adına tədris və mədəniyyət mərkəzində Roman-German filologiyasının tələbə və müəllim heyəti ilə görüşdə qədim vəorta əsr alman ədəbiyyatı və əlyazmaları haqqında çıxış etdilər. Almanların “Nibelunqlar nəğməsi” “Kitabi-Dədə Qorqud” dastanı ilə müqayisəli şəkildə müzakirə edildi. Qonaqlar tələbə və müəllimləri maraqlandıran suallaraətraflı şəkildə cavab verdilər.

Oktyabrın 3-də Bakı Slavyan UniversitetindəForumun iştirakçıları tələbə və müəllimlər üçün seminar, ustad dərsləri və dəyirmi masalarda iştirak etdilər. Yaponiyanın Osaka Universitetinin dosenti Takayuki Yokotamurakami “Qərb və Şərq dastanlarının müqayisəsi” mövzusunda bütün içtirakçıların böyük marağına səbəb olan ustad dərsi ilə yadda qaldı. O, öz çıxışında Qərb və Şərq dastanlarının fərqli və oxşar cəhətlərindən danışaraq qeyd etdi ki, bu baxımdan Yaponiya və Azərbaycan dastanlarında da xeyli ümumi məqamlar mövcuddur. Burada həm süjet xətti və kompozisiya oxşarlığının, həm də adı çəkilən dastanların simli musiqi alətlərinin müşaiyəti ilə təqdim olunmasının böyük maraq doğurduğunu qeyd edən qonaq, dastanlarımızın əsas qəhrəmanlarının da xaraktercə bir-birinə çox yaxın olduğunu vurğuladı. Çıxışının yekununda yaponiyalı qonaq görüşdə iştirak edən Tərcümə fakültəsinin müəllim və tələbələrinin çoxsaylı suallarını cavablandırdı.

Rusiya Federasiyasının A.S. Puşkin adına Dövlət Rus Dili İnstitutunun rektoru v.i.e. pedaqoji elmlər doktoru, dos. Marqarita Nikolayevna Rusetskaya BSU-nun Rus Dili İnstitutunun və rus dili kafedralarının əməkdaşlarına təqdim olundu. O, xarici ölkələrdə, o cümlədən rus dilinin öyrədilməsi və işlənmə sferasının genişləndirilməsi perspektivləri və bununla bağlı açılan yeni imkanlar haqqında iştirakçılara geniş məlumat verdi. N.Rusetskaya rus dilinin tədrisi ilə bağlı yeni distant təhsil layihəsini təqdim etdi və bildirdi ki, bu layihədə bütün maraqlı ölkələr iştirak edə bilər. Onun sözlərinə görə, artıq bu layihədə tərəfdaş kimi doqquz ölkə yer almışdır. O, bu layihənin BSU-da həyata keçirilməsində maraqlı olduqlarını xüsusi vurğuladı və bildirdi ki, Puşkin adına Rus Dili İnstitutu və BSU arasındakı mövcud əməkdaşlıq müqaviləsinin müddətinin uzadılmasına və

müqaviləyə yeni bəndlərin əlavə olunmasına ehtiyac yaranmışdır. Qonağa “Azərbaycanda rus dili və ədəbiyyatı” jurnalının yeni sayları təqdim edildi.

Dəyirmi masada iştirak edən Prezident yanında “Bilik” Fondunun təmsilçisi Fondun distant təhsillə bağlı layihələri barədə məlumat verdi və bu sahədə Puşkin adına Rus Dili İnstitutu ilə əməkdaşlığın perspektivlərinə toxundu.

Rusiyanın birinci Prezidenti B.N.Yeltsin adına Ural Federal Universitetinin İctimai və Siyasi Elmlər İstitutunun Avropa tədqiqtaları kafedrasının müdiri, tarix elmləri doktoru, prof. Aleksandr Qennadyeviç Nesterovun BSU-nun nəzdindəki “Moskva auditoriyası”nda tələbə və müəllim heyyəti ilə görüşü baş tutdu. Keçirilən ustad dərsində tarixi aspektdən müxtəlif mövzular araşdırıldı. İştirakçıların marağına səbəb olan dərs tarixin fəlsəfəsi, tarix elminin ümumi problemləri, müasir tarixşünaslığın nailiyyətləri və problemləri, mövcud geosiyasi vəziyyət, tarix elminin siyasiləşdirilməsi və bu elm sahəsindəki saxtakarlıqlar haqqında müzakirələrlə davam etdirildi. Bu mövzular ətrafında geniş diskussiya aparıldı.

Tacikistan Respublikasının sabiq xarici işlər naziri cənab Xanroxon Zarifi keçirdiyi ustad dərsində Tacikistanın dünya siyasi xəritəsində tutduğu mövqedən söhbət açdı. O, Tacikistanın daxili və xarici siyasət kursu, bu respublikanın dünya geosiyasi məkanında tutduğu yer, həmçinin çoxvektorlu və balanslaşdırılmış aktiv xarici siyasət kursu haqqında tələbələri məlumatlandırdı.

Moskva Dövlət Linqvistik Universiteti Ədəbiyyat kafedrasının müdiri, prof. Aleksandr Petroviç Bondarev Filologiya fakültəsi tələbələri, müəllim və magistrantlar üçün “Konflikt bədii əsərdə süjetyaratma reallığı kimi” mövzusunda ustad dərsi apardı. Filologiya fakültəsi tələbələrinə yaxşı tanış olan ədəbiyyatşünas-alim qoyulan suallara maraqlı cavablar verdi və onların da müzakirələrə qoşulmasına şərait yaratdı.

BSU-nun rektoru Asif Hacıyev Forumun iştirakçısı olan İsrailin Hayfa Universitetinin rektoru prof. David Faracini qəbul etdi. Səmimi keçən görüşdə universitetlərarası dialoq və əməkdaşlıq planları müzakirə olundu.


Məltəm Talıbzadə

 

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı