Modern.az

Maştağada 2350 ailəyə qurban payı çatdırılıb

Maştağada 2350 ailəyə qurban payı çatdırılıb

Təhsil

4 Oktyabr 2014, 14:22

Bu gün müsəlman dünyası müqqədəs Qurban bayramını qeyd edir.

 

Modern.az xəbər verir ki, bu münasibətlə Maştağada da böyük tədbir keçirilib. Minlərlə ailələrə qurban əti verilib. Ölkə prezidentinin adından 2350 ailəyə 4 ton 700 kq qurban payı çatdırılıb. 

Sabunçu rayonunun deputatı Eldar Quliyevin ailəsi ilə birlikdə təşkil etdiyi Qurban Bayramı tədbirində ictimaiyyət adamları, rayonun ağsaqqalları, din xadimləri iştirak edib. Qarabağ əlilləri, qaçqın və məcburi köçkünlər, kimsəzilər, habelə Maştağa, Zabrat, Nardaran, Bilgəh sakinləri bayram sovqatına görə Eldar Quliyevə təşəkkür ediblər. Maştaga, Zabrat, Bilgəh, Nardaran qəsəbələrindən seçilən millət vəkili Eldar Quliyev ölkə başçısının Bakının kənd və qəsəbələinə burda yaşayan sakinlərə göstərdiyi qaygıdan danışıb.  

 Modern.az saytına açıqlama verən deputat bildirib ki, iki gün öncə ölkə Prezidenti Azərbaycan xalqını bu müqəddəs bayram münasibətilə təbrik edib: “Biz də cənab Prezidentin bu təbriklərinə qoşuluruq. Bu müqəddəs gündə insanlarla bir arada olmağı, onlara bayram payı verməyi özümüzə borc bilirik”.

 E.Quliyev qeyd edib ki, Azərbaycan müstəqillik əldə edəndən sonra bir çox sahələrdə azadlıq qazandığımız kimi bayramlarında qeyd olunmasında tam azadlıq əldə edilib: “Biz hər il bütün bayramlarda insanların yanında oluruq. Bu il keçən ilə nisbətən qurbanlıq paylarının sayını artırmışıq. Ölkəmizdə prezidentimizin apardığı uğurlu siyasət nəticəsində yoxsulluğun səviyyəsi getdikcə aşağı düşür. Bu on il ərzində bir çox sahələrdə böyük işlər görülüb. Əhalinin gəlirləri artıb”.

 

 

 

Maştaga qəsəbə sakini Aganəcəf Qədirov deyib ki, ölkə başçısının diqqət və qaygısının bariz nümunəsini gördülər: “Belə bir bayramda aztəminatlı ailələri sevindirmək imandandır”.    

  

Modern.az

 
Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı