Türkiyənin “Anadolu Bayram” qəzeti BDP-li millət vəkilinə istinadən maraqlı, Türkiyənin gündəmini dəyişəcək bir anons verib..
Hazırda Türkiyə telekanallarının da anons etdiyi bu məlumat adı çəkilən qəzetdə sabah yer alacaq.
Qəzet millət vəkilinə istinadən bildirir ki, 2015-ci ildə Abdullah Özcalan azadlığa buraxılacaq.
BDP-li millət vəkili Altan Tan deyib ki, o, bir müddət öncə Öcalanla görüşüb və bu məlumatı ondan alıb.
Modern.az məsələylə bağlı Türkiyənin hakim partiyası AKP-dən münasibət öyrənib.
Partiyadan belə bir məlumatın yanlış olduğu bildirilib.
Modern.az