Modern.az

Dünya ölkələrində Qurban bayramı - FOTOLAR

Dünya ölkələrində Qurban bayramı - FOTOLAR

Təhsil

5 Oktyabr 2014, 00:20


Müsəlmanların, yardımlaşma- müqqədəs bayramı olan Qurban bayramı dünyanın müxətəlif ölkələrində qeyd olunub. Modern.az dünya ölkələrində müsəlmanların Qurban bayramını necə qeyd etməsini araşdırıb.

Dünya ölkələri arasında Avstraliya  bayrama ilk qeyd edən ölkələr sırasındadır. Sübh açılan kimi Avstraliyada olan müsəlmanlar bayram namazı üçün məscidlərə gediblər.

Tez-tez  İraq Şam İslam Dövləti ( İŞİD)  teror təşkilatının bombalarına məruz qalan İraqın Kərkük şəhərində bayramı sakit rahat keçirmək üçün ciddi mühafizə sistemi təşkil olunub. Məhz bunun nəticəsidir ki, Kərkük camaatı bayramı insan qanı tökülmədən qeyd ediblər.

Qeyd edək ki, Kərkükdə qurbanlıq qoyunlar şəhərin ətrafında müəyyən olunmuş yerlərdə kəsilib. Bu şəhərdə   böyükbaş qurbanlıqlar 1500 -2000 dollara, kiçikbaş qurbanlıqlar   isə 200-250 dollara satılıb.

Suriya  bu il də Qurban bayramını sevinclə  qarşılaya bilməyib. Belə ki, bayramın ilk saatlarında Əsəd ordusu Hələbə qarşı hava hücumlarına keçib. Saatlarla davam edən döyüşdə,  həmçinin zəhərli qaz bombalarından da istifadə olunub. Atışma yalnız sübh tezdən bir az səngiyib. Bundan istifadə edən  suriyalılar məscidlərdə bayram namazı qılıb, bir-birlərini təbrik ediblər.

Suriya  küçələri “Azad Suriya” bayrağı  ilə bəzənib. Daha sonra suriyalılar qəbiristanlıqlara gedərək, yaxınlarını ziyarət  edib, imkanı olan şəxslər isə qurban kəsiblər.

Almaniyada müsəlmanlar bayramı  böyük coşqu ilə qeyd ediblər.

Berlində və digər şəhərlərdə müsəlmanlar namaz qılmaq üçün məscidlərə axın ediblər. Müsəlmanlar  bayram namazından sonra qucaqlaşaraq bir-birilərini  təbrik ediblər .

İndoneziyada müsəlmanlar  sübh tezdən bayram namazı üçün məscidlərə axın ediblər.

Qazaxıstanın paytaxtı Astanada isə  müsəlmanlar sübh tezdən “ Sultan “ məscidində bayram namazı qılıblar. Qırğızıstanın paytaxtı Bişkekdə güclü yağış yağmasına baxmayaraq müsəlmanlar prezidentin binasının önündəki meydana toplaşaraq bayram namazını qılıblar.

İtaliyanın Modena şəhərində  isə bayram namazı üçün müsəlmanlar “ Ulu “  məscidə axın ediblər. Bolqarıstanın paytaxtı Sofiyada  müsəlmanlar yeganə “Banya başı” məscidində bayram namazı qılıblar.  Təmiri hələ davam edən məscidə sığmayan əhali məscidin səkilərində   namaz qılıblar.

Yunanıstanın paytaxtı Afinada məscid olmadığı üçün müsəlmanlar özəl yerlərdə bayram namazı qılmaq məcburiyyətində qalıblar.

Xatırladaq ki, Avropa Birliyində məscid olmayan yeganə  ölkə Yunanıstandır. Yunan-Ərəb təhsil və mədəniyyət mərkəzi tərəfindən qapalı spor salonlarında uşaqlı əhalinin namaz qılması üçün şərait yaradılıb. Qurban Bayramını fələstinlilər yaxınlarını qəbirstanlıqda ziyarət etməklə qeyd ediblər.

Rusiyanın Sankt- Peterburq şəhərində müsəlmanlar bayram namazı üçün “Sankt-Peterburq”  məscidinə axın ediblər. Məsciddə  yer tapa bilməyən müsəlmanlar  məscidin baxçasında bayram namazı qılmalı olublar .

 

 


 

Məltəm Talıbzadə  
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı