Modern.az

Qubad İbadoğludan tərəfdarlarına yeni müraciət

Qubad İbadoğludan tərəfdarlarına yeni müraciət

Təhsil

4 Oktyabr 2014, 23:34

Müsavat Partiyasının 8-ci qurultayında başqanlığa namizəd Qubad İbadoğlu öz feysbuq səhifəsində tərəfdarlarına yeni müraciət ünvanlayıb.    

Modern.az həmin müraciəti olduğu kimi təqdim edir.


"Hörmətli müsavatçılar, seçkidə mənə dəstək olan fədakar əqidədaşlarım,  Eyni mübarizə yolunu seçmiş dəyərli bacı və qardaşlarım!

Müsavat nə bir qrupun, nə bir dövrün, nə də bir şəxsin partiyasıdır. Müsavat yarandıqdan bu günə kimi bütün yaxşı və pis zamanların, əqidəli və ləyaqətli millətsevər insanların partiyası olduğunu şərəfli tarixi ilə dəfələrlə sübut edib. Odur ki, tarixin və ədalətin təcəssümündən, hazırda yaranmış vəziyyətdən çıxış edərək, seçkidən sonra müsavatçı dostlarımızla - dəyərli ziyalılarımızla, mübariz gənclərimizlə keçirdiyimiz görüşlər, apardığımız fikir mübadilələri daha geniş formatda toplaşmağa ehtiyac olduğunu təsdiq etdi. 

Müsavatın bu günü və gələcəyi ilə bağlı hər birinizin fikrini dinləmək, eyni zamanda, Sizinlə şəxsi mövqeyimi bölüşmək və beləliklə, kollektiv şəkildə qəbul olunmuş qərarlar əsasında növbəti addımlarımızı müəyyənləşdirmək məqsədi ilə hamınıza təkrarən səslənərək, sizləri oktyabrin 6-da, saat 15-də Müsavat Partiyasının mərkəzi qərargahında təşkil onunacaq görüş-müzakirəyə dəvət edirəm.

 Birlikdə verdiyimiz qərarlarla başlatdığımız bu mübarizəni sona, qələbəmizə qədər Sizinlə birlikdə aparacağımıza əminliklə, Sizin Qubad İbadoğlu". 


Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı