
V Bakı Beynəlxalq Humanitar Forumuna gələn əcnəbi qonaqlar arasında qazaxıstanlı tarixçi-jurnalist Daniyar Kasımov da olub. Daim Azərbaycan həqiqətlərini izləyən, Azərbaycanda gedən Qarabağ savaşı üçün hər zaman narahat olan, Azərbaycan Ordusunda vuruşmağa belə, hazır olan Daniyar Kasımov forumda çıxış da edib. Azərbaycan torpaqlarının, ərazi bütovlüyünün qorunmasının və bərpa olunmasıını tezliklə görmək arzusunda olduğunu bildirib. Daniyar Kasımov bildirib ki, hər zaman ürəyində bir Azərbaycan, türkçülük yanğısı olub.
Daniyar Kasımova tədbirdən sonra Sumqayıta - jurnalist Aida Eyvazovanın evonə qonaq gedib. Bu barədə Modern.az-a Aida Eyvazova məlumat verib.
“Daniayar mənim əziz dostumdur. Onun forumdan sonra, dərhal məni axtarması və evimə qonaq gəlməsindən çox təsirləndim. Onu gətirən sürücü deyirdi ki, Danıyar yolboyu "mən bacımın görüşünə gedirəm" deyə qəhərsilənib. Mən də onu görəndə göz yaşlarına boğuldum. Cəmiyyətimiz coxdan belə dəyərləri tarixin arxivində buraxıb. Burda illərcə dostluq etdiyim, qulluğunda durduğum adamlar çətin günlərimdə Allahın bir zəngini də etmədilər”.
Aida Eyvazovanın sözlərinə görə, Daniyar Kasımovla dostluğunun tarixi onu AzTV-nin Orta Asiya üzrə müxbir postunda çalışdığı illərə təsadüf edir. Onlar birlikdə türkçülük və Azərbaycan həqiqətlərini dünyaya çatdırılması yönündə birgə faəaliyyət göstəriblər:
“2010- cu ildə Qazaxıstan ATƏT-in sədri olarkən, onunla birlikdə Qarabağ həqiqətlərindən bəhs edən süjetlər hazırlamışıq”.
A.Eyvazova daha sonra maraqlı bir hadisəni də danışıb:
"Bu ilin avqust ayında cəbhəyanı bölgələrdə atəşkəs pozularkən, Daniyar Astanadakı səfirliyimizə gələrək, orada Azərbaycan Ordusunda xidmətə qəbul olunması barədə raport yazıb. Mən onun bu raportu haqda Facebook-da status paylaşmışdım. Qısa zamanda, təxminən 20 dəqiqəyə 100-dən yuxarı adam bu statusu öz səhifələrində paylaşdı. Bu statusu Xarici İşlər Nazirliyinin yüksək rütbəliləri də oxuduqdan sonra, onu Azərbaycana qonaq qismində dəvət etdilər".
Daniyar Kasımov Azərbaycan haqqında qazax və rus dilində tarixi faktlara sökənəcək kitab yazacağını deyib. Bu işdə azərbaycanlı jurnalistdən də kömək istəyib, əməkdaşlıq təklif edib.