Modern.az

Prezidentin bacısı Sevil Əliyevadan təbrik mesajı

Prezidentin bacısı Sevil Əliyevadan təbrik mesajı

Təhsil

5 Oktyabr 2014, 23:22


Azərbaycan Prezidenti İlham Əliyevin bacısı Sevil Əliyeva Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib. Modern.az aytının xəbərinə görə, Sevil xanım bayram təbrikini Facebook sosial şəbəkəsində belə yazıb:

“Uca Rəbbimizə şükürlər olsun ki, daha bir mübarək Qurban bayramına qovuşduk, əziz soydaşlarım. İslam aləminin bu mübarək bayramı münasibətilə sizə və sevdiklərinizə can sağlığı, uzun ömür, uğurlar diləyirəm!”.

Modern.az-ın məlumatına görə, Sevil Əliyeva uzun illərdir övladları ilə birgə Londonda yaşayır. O, Tarix elmləri namizədidir. 1981-1986-cı illərdə SSRİ Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun elmi əməkdaşı olub. Bir qızı, iki oğlu var.

1986-cı ildən musiqi sahəsində fəaliyyətini davam etdirən S.Əliyeva bir sıra mahnıların, o cümlədən anası, mərhum akademik Zərifə Əliyevaya həsr etdiyi “Ana” elegiyasının müəllifidir. O, həm də Space” Televiziyasının qurucusudur.
S.Əliyeva “Sevil" Qadınlar Məclisinin sədri, "SOS" Uşaq Kəndləri - Azərbaycan Assosiasiyasının fəxri prezidentidir.

A.Qorxmaz

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı