Orta və kiçik bizneslə məşğul olan yüzlərlə ticarətçi “Gəlir vergisi haqqında” qanunun tətbiqinə etiraz olara Ermənistan hökumətinin binası qarşısına toplaşıb. Modern.az Ermənistan mətbuatına istinadən bildirir ki, onlar üç gün ərzində suallarına cavab verəcəyini bəyan edən baş nazir Ovik Abramyanı tələb edirlər. Hökumətin oktyabreın 2-də keçirilən iclasının gedişində bir neçə ticarətçi ilə görüşən baş nazir üç günə qanunla bağlı qərarını açıqlayacağına vəd verib.
Oktyabrın 1-dən qüvvəyə minən “Gəlir vergisi haqqında” qanuna görə yarmarkalarda çalışan ticarətçilər ticarət dövriyyəsi haqda müvafiq orqanlara sənəd təqdim etməsələr cərimələnəcəklər. Ancaq iri bisnesin nümayəndələri bu cür sənədlər təqdim etmirlər.
Modern.az