Modern.az

Elşad Paşasoy: “Namizədlikdən imtinama ayrı arqumentlər də səbəb olub”

Elşad Paşasoy: “Namizədlikdən imtinama ayrı arqumentlər də səbəb olub”

Təhsil

6 Oktyabr 2014, 16:10

Sadəcə "ev bizim, sirr bizim" prinsipindən yanaşıb onların geniş auditoriyada müzakirə olunmasını doğru saymıram

 

 

 

Müsavatın sabiq Məclis üzvü Elşad Paşasoy sosial şəbəkədə maraqlı fikir paylaşıb. Modern.az həmin fikirləri olduğu kimi təqdim edir.

 - Dəyərli alimimiz Gubad Ibadoglunun keçirdiyi görüşə qatıla bilməsəm də, ümid edirəm ki, görüşöncəsi FB-də yazdığım kimi sağlam düşüncə qalib gələcək. Bəli, Müsavat bir nəfərin, ya bir ailənin partiyası deyil, hamımızındır, Azərbaycanın qənimətidir. Yeri gəlmişkən, Qubad bəyin müraciətində Məclisə seçilməyənlərdən biri kimi mənim də adım çəkilib.

Diqqətinə və dəyər verdiyinə görə Qubad bəyə təşəkkür edirəm. Bəzi müsavatçı dostlarımız Məclis üzvlüyünə namizəd olmamağımı əsas arqument kimi irəli sürür...Mən zənn etmirəm ki, Qubad İbadoğlu mənim Məclisə üzv olmamağımdan xəbərsiz idi.

Qurultay öncəsi həm Arif bəy, həm də Qubad bəy namizəd olmamağımdan xəbərdar idilər, hətta namizədliyimi vermək təklifi də olmuşdu. Hər iki bəyə təşəkkür edərək "qoy yeni simalar gəlsin" demişdim. Yəni Qubad bəyi məlumatsızlıqda suçlamağın yeri yoxdur.

Sadəcə Qubad İbadoğlu vəziyyətə işarə edərək adlarını çəkdiyi şəxslərin Məclisdə olmamağı diqqətə çatdırıb. Təqribən bu şəkildə ki, namizəd olmamaq qərarını doğuran səbəbləri araşdırmaq lazımdır. Bəli, mənim namizədlikdən imtinama ayrı arqumentlər də səbəb olub, sadəcə "ev bizim, sirr bizim" prinsipindən yanaşıb onların geniş auditoriyada müzakirə olunmasını doğru saymıram. Ancaq yenə o fikirdəyəm ki, Müsavatın yeni nəfəslərə ehtiyacı var...Köhnələrdən, böyük xidmətləri olanlardan imtina etməmək şərtilə. Partiyamızda gəncliyə, yeniliyə, fərqli fikrə dözümlü münasibət probleminin olduğu qurultaysonrakı situasiyada bir daha təsdiqləndi. Deyəsən, illərin sərt sınaqları əsəblərimizi əməlli-başlı tarıma çəkib axı...

Yeni başqan demirmi ki, dözüm anıdır..?  

 

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı