Modern.az

Öcalanın bacısı öldü

Öcalanın bacısı öldü

Təhsil

6 Oktyabr 2014, 18:01

İmralı adasında ömürlük həbs cəzasını çəkən PKK-nın lideri Abdulla Öcalanın bacısı 75 yaşlı Həvva Kəsər dünyasını dəyişib. Modern.az saytı Türkiyə KİV-nə istinadən xəbər verir ki, Adananın Yürəgir rayonuna bağlı Yakapınar məhəlləsində yaşayan Həvva Kəsər yüksək təzyiq, şəkər və beyninə qan sızması diaqnozu ilə bir ay əvvəl Xüsusi Adana Xəstəxanasına yerləşdirilib. Xəstəxanada intensiv müalicə alınan Həvva Keserin bu gün səhər vəfat edib.

Demokratik Regionlar Partiyasındakı mənbələr Həvva Keserin harada torpağa veriləcəyinə bu səhər İmralıya bayram ziyarətinə gedən Məmməd Öcalanın qardaşı Abdullah Öcalan ilə keçirəcəyi görüşdə qərar veriləcəyini bildirib.

Həvva Keserin oğlu Osman Kəsər isə deyib: “Abdullah Öcalanın cənazəyə qoşulması ən təbii haqqıdır. Ancaq bu barədə bizim məlumatımız yoxdur. Buna dövlət, özü və vəkilləri qərar verəcək”.

Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı