Modern.az

İŞİD kürdlərin yaşadığı Kobani şəhərini ələ keçirib - FOTO

İŞİD kürdlərin yaşadığı Kobani şəhərini ələ keçirib - FOTO

Təhsil

6 Oktyabr 2014, 22:20

Türkiyə ordusu Suriya ilə sərhəddə hazır vəziyyətə gətirildi

İŞİD terror təşkilatı Suriya ilə Türkiyə sərhədində yerləşən və kürdlərin yaşadığı Kobani şəhərinə bayrağını taxıb. 

Türkiyə sərhədindən terror təşkilatının şəhərin 2 binasına bayrağını sancdığı aydın görünür. 

Qeyd edək ki, Kobanidə İŞİD-lə kürd yaraqlılar arasında qarşıdurmalar davam edir. Şəhəri 3 tərəfdən mühasirəyə alan terror qruplaşması artıq Kobaninin mərkəzinə qədər irəliləyə bilib. 

Kobaninin şəhərinin İŞİD-in nəzarətinə keçməsindən sonra Türkiyə Suriya ilə sərhəddə ciddi təhlükəsizlik tədbirləri görüb. Ağır silahlı texnikalar Suriya istiqamətində atəş mövqeyi seçib.(anspress.com)


 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...