Modern.az

Azərbaycanda gənc qızın Qarabağ veteranına olan sevgisindən film çəkilir

Azərbaycanda gənc qızın Qarabağ veteranına olan sevgisindən  film çəkilir

Təhsil

8 Oktyabr 2014, 10:06


Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında “İçəri Şəhər” adlı tammetajlı bədii filminin istehsalına başlanılıb.

Modern.az-a kinostudiyadan verilən məlumata görə,  psixoloji dram janrında olacaq filmin quruluşçu rejissoru İlqar Safat, ssenari müəllifləri Təhminə R. Cəbrayıl və İlqar Safat, quruluşçu operatoru Luca Coassin (İtaliya), quruluşçu rəssamı Bütünay Haqverdiyev, icraçı prodüseri Ülvi Qasımov, prodüseri Müşfiq Hətəmovdur. 

Hazırlıq dövründə olan film gənc qızın Qarabağ müharibəsi veteranına olan sevgisindən bəhs edir.

Rüfanə GÜNƏŞ

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı