Milli Məclisin deputatı, Avronest PA-nın Enerji Təhlükəsizliyi Komitəsinin həmsədri Fuad Muradov “Korrupsiya ilə Mübarizə aparan dövlətlər Qrupu”- GRECO-nun növbəti 65-ci plenar iclasında iştirak etmək üçün Fransanın Strasburq şəhərinə gedib. Modern.az xəbər verir ki, oktyabrın 6-dan öz işinə başlamış bu iclas oktyabrın 10-na qədər davam edəcək.
GRECO Avropa Şurası tərəfindən 1999-cu ildə yaradılıb. Təşkilatın məqsədi Avropa Şurasına üzv ölkələrə korrupsiya ilə mübarizə sahəsində hüquqi yardım göstərməkdir. GRECO üzv dövlətlərin milli antikorrupsiya siyasətini izələyərək bununla bağlı ölkələrin qanunvericiliynə zəruri təkliflərini göndərir. Bu qurum 49 dövlətdən təşkil olunub. Azərbaycan 2004-cü ildən GRECO-nun üzvüdür.
Modern.az