Modern.az

Kommunist Partiyasından QƏRAR: “Bələdiyyə seçkisində iştirak edəcəyik”

Kommunist Partiyasından QƏRAR: “Bələdiyyə seçkisində iştirak edəcəyik”

Təhsil

8 Oktyabr 2014, 10:49


Ötən gün Azərbaycan Kommunist Partiyası  Mərkəzi Komitəsinin plenumu keçirilib. Bu barədə Modern.az saytına partiyanın sədri Rauf Qurbanov məlumat verib.

Onun sözlərinə görə plenumda 2014 - cü ilin dekabr ayında   Azərbaycanda  keçiriləcək bələdiyyə seçkilərində  Kommunist  Partiyası tərəfindən namizədliyi irəli sürüləcək şəxslərin  siyahısı təsdiq edilib.  Rauf Qurbanov bildirib ki, plenumda təşkilatı məsələlər də müzakirə edilib.

AKP rəhbəri deyib ki, bir müddət öncə onun müavini vəzifəsində işləyən və sonradan bu vəzifədən azad edilən Gülnisə Maksimova ümumiyyətlə partiya sıralarından xaric edilib.  

“Partiya daxilində təxribat  fəaliyyəti ilə məşğul olduğuna, üzvlər  arasında ədavət, qarşıdurma  yaratmağa cəhd göstərdiyinə, kommunistə yaraşmayan hərəkətlərə yol verdiyinə görə  Gülnisə Maksimova Azərbaycan Kommunist Partiyası sıralarından xaric edilib”,-deyə Rauf Qurbanov söyləyib.

Qeyd edək ki, Rauf Qurbanov Gülnisə Maksimovanın müavin vəzifəsindən kənarlaşdırıldıqdan sonra ayrıca fraksiya yaratmaq istədiyini bildirmişdi.  

Aqşin Kərimov  

 
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı