Modern.az

Keçmiş müsavatçı İsa Qəmbəri ittham etdi: “Müsavatda saxtakarlığın bünövrəsi 95-ci ildən qoyulub”

Keçmiş müsavatçı İsa Qəmbəri ittham etdi: “Müsavatda saxtakarlığın bünövrəsi 95-ci ildən qoyulub”

Təhsil

8 Oktyabr 2014, 11:33


Müsavat Partiyasının Beyləqan Təşkilatının sabiq sədri Tapdıq Abbas son günlər mediada ciddi müzakirə olunan müsavatdaxili məsələyə – Arif Hacılı ilə Qubad İbadoğlunun başqanlıq uğrundakı mübarizəsinə (A.Hacılı 27 sentyabr tarixli qurultayda başqan seçilib-red.) münasibət bildirib.
Modern.az saytı xəbər verir ki, T.Abbasın sözlərinə görə, Müsavat Partiyasında seçki saxtakarlığı həmişə müşahidə olunub.

“Müsavat Partiyasında seçki saxtakarlığının bünövrəsi hələ 1995 - ci ildən qoyulub. 20 il ərzində elə bir seçki olmayıb ki, həmin seçki prosesində saxtakarlığa başqan səviyyəsində havadarlıq edilməsin. Bu qurultaydan əvvəlində də Məclis üzvlüyünə seçkilərdə total saxtakarlıq edilmişdi. Biz həmin saxtakarlığın üstünü açdıq və saxtakarlığın təşkilatçılarını ifşa etdik! O vaxt İsa Qəmbər komissiya yaratdı, özünü də rəhbər təyin etdi və bu günə kimi nə saxtakarlığın səbəbləri məlumdur, nə də saxtakarlığı törətmiş zaqatalalı Abakarın və tovuzlu Mahmudun himayədarları cəzalandırılıb. Bu qurultayda saxtakarlığı törədənlər də elə həmin saxtakarlardır. Onların adları hər kəsə bəlli olduğuna görə adlarını çəkmirəm. Məhəmməd Əmin Rəsulzadənin ruhu bu saxtakarlara qənim olsun! Yazıqlar olsun belələrinə. Abır - həya, əxlaq və ləyaqət hissi bunlardan nə qədər uzaqmış! Qubad İbadoğlunun partiyada əməyi azdır, deyənlər bilməlidirlər ki, Qubad bəyin partiyaya qoyduğu vicdanlı əmək saxtakar komandanın rəhbərinin qoyduğu əməkdən qat - qat yüksəkdir!”-deyə T.Abbas sosial şəbəkədə fikirlərini paylaşıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı