Modern.az

Qızıl Xaçın əməkdaşları Kəlbəcər girovlarına baş çəkib

Qızıl Xaçın əməkdaşları Kəlbəcər girovlarına baş çəkib

Təhsil

8 Oktyabr 2014, 11:46

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) əməkdaşları Kəlbəcərdə ermənilər tərəfindən girov götürülən azərbaycanlılara baş çəkiblər. Bu barədə Modern.az-a BQXK-nın Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqə şöbəsinin rəhbəri İlahə Hüseynova məlumat verib.

Onun sözlərinə görə, görüş oktyabrın 6-da baş tutub. BQXK-nın nümayəndələri Dağlıq Qarabağda saxlanılan azərbaycanlılara ailə məlumatları çatdırıb və onlardan da ailələri üçün məlumat alınıb.

Qeyd edək ki,  Dilqəm Əsgərov və Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülüblər, onlarla getmiş digər Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb. Həsən Həsənovun meyiti geri alınaraq Bakıda dəfn edilib.

Gülşən RAUFQIZI 

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı