Elm adamları, ölümdən sonra şüurun davam etdiyini kəşf edib. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, İngiltərə, ABŞ və Avstriyadakı 15 xəstəxanada infarkt olub, klinik ölüm keçirən, sonra geri gələn 2 min xəstə üzərində aparılan araşdırmada xilas olanların yüzdə 40-nın beyni dayansa belə, şüurunun itirmədiyi ortaya çıxıb. İnfarkt keçirən 57 yaşındakı bir ingilisin ürəyi 3 dəqiqə dayansa da, həyata geri döndüyündə ətrafındakı həkim və tibb bacılarının nələr etdiyini detalları ilə izah etməyi bacarıb.
Bəzi xəstələr Hollivud filmlərində olduğu kimi ağ parlaq işıq gördüyünü, bəziləri isə boğulmağa yaxın bir hiss yaşadığını söyləyib. Bəzi xəstələr isə qorxu, qarışıqlıq və rahatlama kimi romantik ifadələrlə yaşadıqlarını izah ediblər.
Araşdırmanı reallaşdıran beynəlxalq qrupdan doktor Sam Parnia həyata geri dönən xəstələrin bəzilərinin nəfəssiz qaldıqları üçün beyin zərəri yaşadığını qeyd edib: “Ölüm reallaşdıqdan sonra nəyin getdiyini bilmirik, amma şüur itirilmir”.
Modern.az