
Modern.az-ın məlumatına görə, Biləsuvardakı köçkün qəsəbəsində itin hücumuna məruz qaldıqdan sonra ağır xəsarət alan Fərid Ağakişiyev üçün bankda hesab açılıb. Kömək etmək arzusunda olanlar məbləği babası Allahyar Allahqulu oğlu Ağakişiyevin adına açılan bu hesaba köçürə bilərlər:
Atabank
Hesab nömrəsi: AZ 60 ATAZ 01100193048000141010
Bir neçə gün əvvəl xəbər verdiyimiz kimi, hadisə sentyabr ayının 19-da baş verib. Qonşunun nəzarətsiz qalan iti Cəbrayıldan olan məcburi köçkün, 2005-ci il təvəllüdlü Fərid Ağakişiyevin sol qolunu, sağ ayağının barmaqlarını, cinsiyyət orqanını dişləyərək qoparıb. O, indiyə qədər 2 dəfə əməliyyat olunub. 3-cü əməliyyat üçün tələb olunan vəsaiti ödəməyə ailənin imkanı çatmır.
Fəridin atasının onurğa sütununda problem olduğunundan çalışa bilmir. Anası isə süd vəzilərinin xərçəngindən əziyyət çəkir. Buna görə də ailənin bütün ağırlığı Fəridin babası Ağakişiyev Allahyarın üzərinə düşüb.
Gülşən RAUFQIZI