Modern.az

Milli Şuranın mitinqinə icazə verildi

Milli Şuranın mitinqinə icazə verildi

Təhsil

8 Oktyabr 2014, 16:07

Bakı Şəhəri İcra Hakimiyyəti Milli Şuranın 12 oktyabrda keçirmək istədiyi mitinqə icazə verib. Modern.az-ın xəbərinə görə, bu barədə Milli Şurada təmsil olunan AXCP-nin mətbuat xidmətinin rəhbəri Natiq Adilov məlumat verib.
“Milli Şuranın mitinqinə rəsmən icazə verildi. Mitinq 12 oktyabrda Bakıdakı “Məhsul” stadionunda keçiriləcək” deyə o, bildirib.
Metronun “İnşaatçılar” stansiyasının yaxınlığında - Məhsul” stadionunda keçiriləcək aksiyanın tələbi repressiyaların dayandırılması və siyasi məhbusların azad edilməsi olacaq.


Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!