Modern.az

“Azərsu” istifadəçilərin işini daha da asanlaşdırdı – FOTO

“Azərsu” istifadəçilərin işini daha da asanlaşdırdı – FOTO

Təhsil

8 Oktyabr 2014, 16:43

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti istehlakçılara göstərilən müştəri  xidmətlərinin asanlaşdırılması və bu sahədə şəffaflığın təmin edilməsi məqsədi ilə tədbirləri  davam etdirir.  “Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a verilən məlumata görə, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi arasında əldə olunmuş razılığa əsasən,  2014-cü ilin oktyabr ayından agentliyin Sumqayıt şəhərindəki “Asan xidmət” mərkəzində “Azərsu” ASC-nin abunəçilərinə bəzi müştəri xidmətlərinin göstərilməsinə başlanılıb.  “Asan xidmət” mərkəzində abunəçilər aşağıda təklif olunan  xidmətlərdən istifadə edə bilərlər:

-   Abonentlərin  bazadakı məlumatlarına dəyişikliklərin edilməsi;

-   Borc haqqında məlumatın (arayış) verilməsi; 

-   Smart-sayğac quraşdırılan tarixdən karta yükləmələr haqqında məlumatın verilməsi.

-   Səbəbindən asılı olmayaraq istənilən ödəniş provayderi vasitəsilə həyata  keçirilmiş qüsurlu ödənişin bərpa edilməsi (ödənişin bazaya düşməməsi, bazaya düşən ödənişlərin köşklərdə smart-kartlara yüklənməməsi və s. hallarda)

-   Yeni smart-kartların verilməsi;

-   İtirilmiş və ya zədələnmiş  smart-kartların bərpası;

-   Qeydiyyatda olan və “Azərsu”  ASC-nin Abonent bazasında təsdiqini tapmış məcburi köçkün qrupuna aid abonentlərin sudan istifadə və tullantı suların axıdılması xidmətlərinə görə limitlərinin smart-karta yüklənməsi;

-   Smart tipli sayğacın digər smart-sayğacla əvəz olunması səbəbindən yeni smart-kartların verilməsi və əvvəlki kartda qalan sərfiyyatın yeni karta
köçürülməsi;

-   Smart-sayğacların istismar qaydaları haqqında məlumatın verilməsi.   Sumqayıt şəhərindəki “Asan xidmət” mərkəzi 15-ci məhəllə 42d ünvanında yerləşir.

Yaxın vaxtlarda abunəçilər Gəncə şəhərində yerləşən “Asan xidmət” mərkəzində də “Azərsu” ASC-nin xidmətlərindən istifadə edə biləcəklər.

Qeyd edək ki, hazırda “Azərsu” ASC-nin xidmətləri  Bakı şəhəri Nərimanov rayonu ərazisində yerləşən 1, Yasamal rayonundakı 3 və Sabunçu rayonundakı 4  saylı “Asan xidmət”  mərkəzlərində təşkil olunmuşdur. Yaşayış yerindən asılı olmayaraq abunəçilərin bu mərkəzlərdə “Azərsu” ASC-nin xidmətlərindən istifadəsinə məhdudiyyət qoyulmur. 


  Modern.az  
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı