Modern.az

Əflatun Amaşov Brüsselə gedib

Əflatun Amaşov Brüsselə gedib

Təhsil

8 Oktyabr 2014, 16:58


Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov Avropa Müstəqil Mətbuat Şuraları Alyansının 16-cı illik toplantısında iştirak üçün Belçikanın paytaxtı Brüsseldə səfərdədir. MŞ-dan Modern.az-a verilən məlumata görə, sabahdan öz işinə başlayacaq toplantı iki gün davam edəcək.

MŞ sədri Ə.Amaşovun məruzə ilə çıxış edəcəyi tədbirdə Avropada fəaliyyət göstərən Mətbuat Şuralarının iş prisnsipləri, həmçinin qitədə və dünyada söz azadlığının vəziyyəti, mövcud sahədəki tendensiyalar, internet media sahəsində tənzimləmə məsələləri müzakirə olunacaq.

Avropa Müstəqil Mətbuat Şuraları Alyansının 16-cı illik toplantısı ilə yanaşı Brüsseldə postsovet ölkələrinin medianın özünütənzimləmə qurumları şəbəkəsinin də illik toplantısı keçirilir. Hazırda şəbəkəyə Azərbaycan sədrlik edir. Ə.Amaşov şəbəkənin ötən bir ildə gördüyü işlər barədə məruzə edib. Qurumun icraçı katibi, MŞ İdarə Heyətinin üzvü, Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli isə çıxışında üzv təşkilatların qarşılıqlı əlaqələri inkişaf etdirməsi istiqamətindəki mümkün variantlardan söz açıb.

Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı