Modern.az

Bakıda 11 siyasi partiya KXCP-nin qərargahına toplandı

Bakıda 11 siyasi partiya KXCP-nin qərargahına toplandı

Təhsil

8 Oktyabr 2014, 17:30

KXCP qərargahında siyasi partiyaların toplantısı keçirilib. KXCP-nin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, tplantıda KXCP, Musavat, ADP, Ümid, Azadlıq, VİP, Liberal Demokrat, AXP, BAP, Aydınlar Partiyası iştirak edib. Toplantıda aşağıdakı məsələlərə baxılıb:

1. Avropa İttifaqının Bakı nümayəndəliyində görüşün nəticələri müzakirə edilib.

2.  Siyasi məhbuslarla partiya sədrlərinin görüşü ilə bağlı ədliyyə naziri və Baş prokurora müraciətlərlə əlaqədar vəziyyət barədə məlumat dinlənilib.

3. 15 oktyabr 2014-cü  il tarixdə, saat 12-də Musavat Partiyasının qərargahında Avropa parlamentinin Azərbaycana aid qətnaməsinə həsr olunan dəyirmi masanın təşkilati-texniki məsələləri razılaşdırılıb.

4.  18 oktyabr 2014-cü il saat 11.00-da  Müstəqilliyik günü münasibəti ilə Əbülfəz Elçibəyin məzarının ziyarəti və istiqlalçı deputatlarla birlikdə tədbir keçirilməsi qərara alınıb.

5.  12 oktyabr 2014- cü il tarixdə Milli Şuranın təşkil etdiyi mitinqə münasibət müzakirə edilib. Mitinqin “Repressiyalara son, siyasi məhbuslar azad edilsin!” şüarı müdafiə edilib. Razılaşdırılıb ki, hər bir siyasi partiya mitinqdə iştirak məsələsini müstəqil həll etsin. 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı