Lənkəranda Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə “Sağlam Həyat Naminə” layihəsi həyata keçirilib. Tədbirdə Lənkəran şəhər İcra hakimiyyətinin İctimai siyasi humanitar şöbəsinin baş məsləhətçisi Yusif Xanıyev və şəhərin ictimai fəal gənclər iştirak edib.
Layihənin rəhbəri Bəxtiyar Məmmədov çıxışında bildirib ki, layihənin keçirilməsində əsas məqsəd ölkədə nakotiklərə qarşı mübarizə kampaniyası ilə bağlı gənclər arasında mütəmadi olaraq maarifləndirmə işini aparmaqdır. Eyni zamanda layihə çərçivəsində Masallı, Lənkəran və Sumqayıt şəhərlərində yaşayan gənclər arasında bu yöndə təbliğatın daha effektli qurluması üçün təkliflər hazırlanacaq.
Lənkəran şəhər İcra hakimiyyətinin ictimai -siyasi humanitar şöbəsinin baş məsləhətçisi Yusif Xanıyev ölkəmizdə həyata keçirilən gənclər siyasətinin əsas hədəfləri haqqında danışaraq sağlam gəncliyin bu hədəflərdən biri olduğunu vurğulayıb. Narkomaniya kimi bəlaya qarşı mübarizə aparmaq üçün ictimaiyyətin səyinin birləşdirilməsinin vacib olduğunu deyən Y.Xanıyev gənclərin sağlam böyüməsinin çox önəmli olduğunu vurğulayıb.
Modern.az