Modern.az saytı xəbər verir ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində hündür mərtəbəli yaşayış binasına bitişik, qanunsuz tikilmiş, anbar kimi istifadə olunan tikilidə partlayış hadisəsi baş verib.
Dərhal Fövqəladə Hallar Nazirliyinin xilasetmə qüvvələri hadisə yerinə cəlb edilib. İlkin məlumata əsasən dağıntılar altından bir nəfər kişi cəsədi aşkar edilərək çıxarılmış, hadisə nəticəsində beş nəfər xəsarət alan şəxslər isə Təcili Tibbi Yardım Xidmətinə təhvil verilib. Hazırda hadisənin nəticələrinin aradan qaldırılması istiqamətində işlər davam etdirilir.
Qeyd edək ki, APA hadisənin saat 17.30 radələrində Biləcəri qəsəbəsində, Bakı Beynəlxalq Avtovağzalı yaxınlığında yerləşən “Army” marketdə qeydə alındığını bildirib.
Modern.az