Modern.az

Prezidentdən təyinat alan yeni icra başçısı

Prezidentdən təyinat alan yeni icra başçısı

Təhsil

8 Oktyabr 2014, 22:53
Prezident İlham Əliyevin sərəncamı ilə oktyabrın 8-də Alimpaşa Adil oğlu Məmmədov Şəmkir rayonu İcra Hakimiyyətinin yeni başçısı təyin edilib.  
Modern.az saytının məlumatına görə, yeni icra başçısı Alimpaşa Məmmədov bu təyinatadək Vergilər Nazirliyi sistemində çalışıb. Belə ki, o, Vergilər Nazirliyi Bakı şəhər Vergilər Departamentinin rəisi postunu tuturdu.

A.Məmmədov baş vergi xidməti müşaviridir. O, 2011-ci ilin əvvəlindən vergilər naziri Fazil Məmmədovun əmri ilə Bakı şəhər Vergilər Departamentinin rəisi vəzifəsinə gətirilmişdi.

A.Məmmədov həm də Azərbaycan Güləş Federasiyasının 2 saylı regional nümayəndəliyinin rəhbəridir. Bu federasiyanın prezidenti isə vergilər naziri Fazil Məmmədovdur.


A.Qorxmaz
 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı