Türkiyədə Suriya kürdlərinə dəstək məqsədi ilə yaşanan qarşıdurmalarda ölənlərin sayı artır. Modern.az saytı “Hürriyet”-ə istinadən xəbər verir ki, kürdlərin İŞİD-ə qarşı keçirdiyi nümayişlərdə ölənlərin sayı 22-yə yüksəlib.
Küçəyə çıxmaq qadağası tətbiq edilən Mardində 2 nəfərin silahla vurulmuş cəsədi tapılıb. Diyarbakırda 10, Mardində 6, Siirtdə 3, Vanda 1 və Batmanda 1 nəfər iğtişaşlar zamanı ölüb. Məlumata görə Muş vilayətində də bir nəfər də həlak olub.
Qeyd edək ki, Türkiyədəki kürd fəallar Suriyada Kobani şəhəri uğrunda İŞİD-lə döyüşən soydaşlarına dəstəyini ölkədə iğtişaş, qarşıdurma yaratmaqla həyata keçirir.
Modern.az