Modern.az

Penitensiar Xidmət: “Orxan Zeynalovun işi ilə bağlı ekstradisiya məsələsi gündəmdə deyil”

Penitensiar Xidmət: “Orxan Zeynalovun işi ilə bağlı ekstradisiya məsələsi gündəmdə deyil”

Təhsil

9 Oktyabr 2014, 09:57


“Yalnız barəsində qanuni qüvvəyə minmiş hökm olan və cəzaçəkmə müəssisəinə yerləşdirilən məhkumların ekstradisiya məsələsinə baxıla bilər. Ekstradisiya cəza almış şəxsin vətəndaşı olduğu ölkəyə qaytarılması anlamına gəlir”. Bunu Modern.az-a açıqlamasında hüquqşünas Erkin Qədirli deyib. O, Moskvada həbs olunaraq 17 il cəza alan Orxan Zeynalovun Azərbaycana ekstradisiyası barədə danışarkən qeyd edib ki, ekstradisiya üçün ölkələr arasında ekstradisyaya dair saziş bağlanmalıdır. “Bu, Rusiya və Azərbaycan arasında var. Ölkənin öz vətəndaşını geri istəməsi normal bir şeydir, amma bunun üçün qarşılıqlı razılıq əldə edilməlidir. Dövlətlər adətən öz ölkələrinin məhkəmələrinin nüfuzunun qayğısına qaldıqlarına görə, ekstradisiya prosesinin məhkumun öz cəzasının müəyyən hissəsini çəkdikdən sonra reallaşmasına icazə verir. Rusiya ümumiyyətlə, Orxan Zeynalovu qaytarmaqdan imtina da edə bilər. Bu ilk növbədə Azərbaycan tərəfin müraciəti və Rusiyanın bu müraciətə münasibətindən asılı olacaq”.

Ədliyyə Nazirliyindən Modern.az-a verilən məlumata görə isə, hələlik O. Zeynalovun işi yenicə yekunlaşdığından onun ekstradisiya məsələsi üçün müraciət daxil olmayıb. “Bunun üçün müəyyən prosedurlar lazımdır, həmin prosedurlar isə vaxt tələb edir. Hazırda Orxan Zeynalovun işi ilə bağlı ekstradisiya məsələsi gündəmdə deyil”.

Qeyd edək ki, O. Zeynalov keçən il oktyabrın 10-da Biryulevo sakini Yeqor Şerbakovu aralarında yaranan mübahisə nəticəsində qətlə yetirməkdə ittiham olunub. Zeynalov istintaq və məhkəmə dövründə bu cinayəti törətmədiyini bəyan etsə də, istintaq və məhkəmə araşdırması zamanı onun qətli törətdiyi sübut olunub. Moskva şəhər məhkəməsi Azərbaycan vətəndaşı O. Zeynalovu Biryulevo sakini Y. Şerbakovun qətlində tam günahkar olduğunu tanıyıb. Moskva şəhər məhkəməsinin qərarı ilə O. Zeynalova 17 il həbs cəzası verilib.

Gülşən RAUFQIZI

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı