Modern.az

Ekspert: “2 milyon manat nə puldur ki?!”

Ekspert: “2 milyon manat nə puldur ki?!”

Təhsil

9 Oktyabr 2014, 10:16


“Hazırda Azərbaycanda yol nişanları biabırçı vəziyyətdədir. Yaşayış məntəqələrinin adı, ora qədər olan məsafə, istiqamət və s.-in əks olunduğu nişanlar yoxdur. Əslində bu texniki bir şeydir, bunun üçün savad, bilik də lazım deyil”. Bunu Modern.az-a açıqlamasında nəqliyyat eksperti Ərşad Hüseynov söyləyib.

“Qanunvericiliyə əsasən nişanları Dövlət Yol Polisi quraşdırmalıdır, qanunlar lazımınca icra olunmur. Bir nişanın hazırlanmasının qiyməti cəmi 100 manatdır. 2 milyon manat vəsait lazımdır ki, bütün nişanlar qaydasına düşsün. 2 milyon  manat isə 200 metr çəkilən yola xərclənən vəsaitə bərabərdir”.

Ekspertin sözlərinə görə, ümumi istifadədə olan yollarda hazırda 20 min nişan çatışmır.

“Böyük və kiçikliyindən asılı olmayaraq bütün yaşayış məntəqələrinin istiqaməti nişanlar vasitəsilə göstərilməlidir. Bunun üçün çox da vəsait tələb olunmur. Yoldakı nişanlar sürücüyə yol göstərməlidir. Xüsusilə yol hərəkəti təhlükəsizliyilə bağlı nişanlar bərbad haldadır. Sürət, ötmə, baş yol, ikinci yol və s. nişanları yoxdur”.

Gülşən RAUFQIZI

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı