Modern.az

“Azərbaycanın birinci xanımı hər zaman uşaqlara diqqət yetirir” - FOTO

“Azərbaycanın birinci xanımı hər zaman uşaqlara diqqət yetirir” - FOTO

Təhsil

9 Oktyabr 2014, 12:14


Bu gün Bakıda Avropa Şurasının “Hər beş uşaqdan biri” kampaniyası çərçivəsində “Biz zorakılığa yox deyirik!” mövzusunda “Rənglərin dili ilə” adlı uşaqların rəsm sərgi müsabiqəsi keçirilib.

Modern.az xəbər verir ki, tədbir Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, AŞPA-nın “Uşaqlara qarşı zorakılıq” proqramının Azərbaycadakı parlament əlaqələndiricisi Sevinc Fətəliyevanın təşəbbüsü ilə Avropa Şurasının “Hər beş uşaqdan biri” kampaniyası çərçivəsində keçirilir.
S.Fətəliyeva deyib ki, Avropa Şurasının “Uşaqlara qarşı zorakılıq” proqramı artıq 3 ildir ki, Azərbaycada fəaliyyət göstərir”. Bu çərçivədə bir çox layihələr həyata keçirilib. Əsas məqsəd uşaqlar arasında zorakııq hallarının aradan qaldırılması, onlara daha çoox zaman arılması və rənglərin dili ilə onların nə demək istədiklərini dinləmək, gənc rəssamların dünyasına nəzər yetirməkdir.”
Millət vəkili diqqətə çatdırıb ki, əlaqələdiricisi olduğu proqram vasitəsilə uşaqların hüquqlarının tanınması üçün hər zaman müəllim və valideynlərlə müzakirələr aparılıb: “Bu günkü tədbirdə isə uşaqlar öz demək istədiklərini öz təsvirləri ilə diqqətə çatdırıblar.”
Millət vəkili Sevinc Hüseynova dyib ki, dövlət tərəfindən uşaqlar üçün lazımi tədbirlər tşkil edilir: “Lakin biz bununla yetinməməli, daim yeniliklər etməliyik.”
Millət vəkili İlham Məmmədov diqqətə çatdırıb ki, Azərbaycanda uşaqların asudə vaxtının səmərəli təşkili üçün lazım olan imkan və şərait var: “Ölkənin birinci xanımı, Heydər Əliev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse prezidenti Leyla Əliyeva tərəfindən hər zaman uşaqlara qarşı diqqət yetirir.”
Tədbirdə çıxış edən millət vəkilləri Sevinc Hüseynova, Sədaqət Vəliyeva və digərləri tədbirin əhəmiyytindən danışıblar.


Məltəm Talıbzadə  
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı