Modern.az

Bakıdakı ticarət mərkəzində partlayış - 1 nəfər ölüb, 8 nəfər yaralanıb

Bakıdakı ticarət mərkəzində partlayış - 1 nəfər ölüb, 8 nəfər yaralanıb

Təhsil

9 Oktyabr 2014, 12:52


Oktyabrın 8-də saat 18 radələrində Binəqədi rayonunun Biləcəri qəsəbəsindəki 16 mərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində “Army” mağazası üçün inşa edilən soyuducu anbarda qaz sızmasından ani partlayış baş verib.
Modern.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, partlayış zamanı orada işləyənlər - Quba rayon sakini Etiram Əmrahov hadisə yerində ölüb, xəsarət alan Ağsu rayon sakinləri Əfşan Heydərova, Qəhrəman Ədilov, Şəki şəhər sakini Rahim Babayev, Ucar rayon sakini Rüfət Eminov, Tərtər rayon sakini Pərişan Məcidzadə, Bakı şəhər sakinləri Azər Məmmədov, Kənan Namazzadə və Cəmilə Ramazanova xəstəxanaya yerləşdiriliblər.

Məlumatda qeyd edilir ki, hadisə zamanı anbarın üstündə olan beton örtük dağılıb, yaxınlıqda dayanan Sumqayıt şəhər sakini Əsgər Abdullayevə məxsus “KİA”, Bakı şəhər sakinləri Ramin Həşimova və Afiq Əliyevə məxsus “Mercedes” markalı avtomobillərə qismən ziyan dəyib, habelə binanın 2-ci mərtəbəsindən 9-cu mərtəbəsinədək olan mənzillərin pəncərə şüşələri sınıb.

Modern.az

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı