Modern.az

“ONE DIRECTION” fanatlarına müjdə

“ONE DIRECTION” fanatlarına müjdə

Təhsil

9 Oktyabr 2014, 15:18

2010-cu ildə Londonda ingilis və irlandiyalı gənc oğlanlardan ibarət “One Direction” qrupu yaradılıb. Bu qrupun üzvləri -  Harri Stayls, Lui Tomlinson, Nayl Xoran, Zeyn Malik və Liam Peyn 90 dəfədən çox dünya musiqi çartlarının zirvələrini fəth ediblər. “One Direction” qrupunun indiyə qədər bütün dünya üzrə 45 milyon nüsxədən çox albom yazıları, “sinql”ları və DVD diskləri satılıb. “One Direction” çoxsaylı musiqi mükafatlarına, o cümlədən “Brit Awards”, “American Music Awards”, “Billboard Music Awards”, “Teen Choice Awards”, “MTV Video Music Awards” kimi möhtəşəm mərasimlərin və digər tədbirlərin mükafatlarına layiq görülüblər. Dünya turnesi çərçivəsində bu qrupun konsertlərinə 6 milyondan çox bilet satılıb.

İlk dəfə olaraq  “One Direction” qrupu 2012-ci ilin əvvəlində öz “Up All Night” debüt albomunu buraxdıqdan sonra bütün dünyada məşhurlaşıb.

11-12 oktyabr tarixlərində, demək olar dünyanın bütün ölkələrində eyni zamanda “One Direction: Where We Are” adlı film-konsertin nümayişi keçiriləcək. Film qrupun hər bir pərəstişkarına özünü canlı konsertdə tamaşaçı qismində hiss etməyə, qrupun yaradıcılığının hər bir pərəstişkarının qiymətləndirdiyi “enerjidən” zövq almağa imkan verəcək. Pərəstişkarlar pərdə arxasına baş çəkmək və konsertin kino versiyası üçün xüsusi olaraq çəkilmiş eksklüziv müsahibəyə baxmaq imkanını əldə edəcəklər.

Azərbaycanda qrupun fanatları bu filmi 28 Cinema kinoteatrında izləyə bilərlər. Biletlər artıq satışdadır. Onu da qeyd edək ki, seanslar və yerlərin sayı məhduddur. Daha ətraflı məlumatı kinoteatrın //28cinema.az/ saytından əldə edə bilərsiniz. Həmçinin, kinoteatr xüsusi plakatlar və qolbaqların müsabiqə-viktorinasını keçirəcək. Bunun üçün kinoteatrın rəsmi Facebook səhifəsini izləyin: //www.facebook.com/28Cinema?ref=hl 

Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı