Nyu-Yorkda 100 il əvvəl bağlanılan və içində gələcəkdə oxunması məqsədiylə saxlanan məktub və ticarət sənədlərin olduğu bir sandıq açılıb. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, New Yorkda fəaliyyət göstərən “Aşağı Vall Street İşadamları Dərnəyi” tərəfindən 1914-ci ildə hazırlanan ' zaman kapsulası ' New York Cəmiyyət Tarixi Muzeyində təşkil edilən mərasimlə açılıb. Sandıq əslində 1974-ci ildə açılmaq üzrə saxlandığını lakin dərnəyin 1974-ci ildə yaşanan maliyyə böhranı sonrası bağlanmasıyla, zaman kapsulasının etdiyi bildirilib.
Çıxışlardan sonra açılan bürünc qablı sandıq və Vall Streetli iş adamları tərəfindən hazırlanan 26 məktub, müxtəlif ticarət sənədlər, medalyon və kitablar mətbuat mənsublarına göstərilib. Sandıqdan bir də Nyu-York Times qəzeti də çıxıb.Bundan başqa yeni sandıq hazırlanıb və 2114-cü ildə açılması planlaşdırılıb. Lisey şagirdləri tərəfindən hazırlanan sandıqda, müxtəlif məktublar, sənəd və günümüzə aid şəxsi əşyalarla yanaşı Lady Qaqanın bileti də qoyulub.
Rüfanə GÜNƏŞ