Modern.az

Görmə qabiliyyəti olmayanlar üçün dil kursları açılır

Görmə qabiliyyəti olmayanlar üçün dil kursları açılır

Təhsil

9 Oktyabr 2014, 15:10

Gənc Ana və Uşaqların Maarifləndirmə İctimai Birliyi tərəfindən Əmək və Əhalinin Sosial  Müdafiəsi  Nazirliyinin bilavasitə maliyyə və texniki dəstəy və TİKA-nın Bakı Ofisinin  əməkdaşlığı çərçivəsində görmə qabiliyyəti məhdud və ya itirilmiş uşaqlar üçün Dil kursları və İnformasiya Mərkəzinin yaradılması layihəsi həyata keçirilir

Gənc Ana və Uşaqların Maarifləndirmə İctimai Birliyinin sədriNigar Aslanovanın Modern.az saytına verdiyi məlumata görə, layihənin əsas və son məqsədi görmə qabiliyyətini itirmiş uşaqların cəmiyyətə tam və səmərəli inteqrasiyasına dəstək verməkdir. Mərkəzin yaradılmasında məqsəd bu uşaqların sağlam uşaqlarla davamlı ünsiyyətini təşkil edərək cəmiyyətdə mövcud olan stiqmanın aradan qalıdırılmasına  dəstək verməkdir.

Layihənin həyata keçirildiyi müddətdə belə uşaqlara mənəvi-psixoloji dəstək göstərməklə onların özlərinin reallaşdırmaq imkanlarına nail olmaq, informasiya əldə etmələrini artırmaqdır.

 Bu ilin avqust ayından başlamış layihə altı ay müddətində olmaqla, 2014-cü ildDekabrın sonunda Mərkəzin açılış ilə tamamlanacaq. Artıq layihənin hazırlıq mərhələsi bitib. Hazırda gələcəkdə davamlı fəaliyyət  göstərəcək mərkəzdə işləyəcək mütəxəsisslərin treyninqləri, informasiya materiallarının hazırlığı və mərkəzin texniki təchizatının qurulması mərhələsi həyata keçirilir. Layihə bitdikdən sonra görmə qabiliyyəti çox məhdud və ya itirilmiş hər bir  uşaq bu mərkəzin imkanlarından faydalana biləcək.

Gələcəkdə təşkilat tərəfindən sağlamlıq imkanları məhdud uşaqlarla bağlı daha yeni, müasir və sosial layihələrin həyata keçirilməsi nəzərdə tutulub.

Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı