Modern.az

“Yeni tamaşalarımızda da İlqar Cahangir olacaq”- “Oda teatr”nın rəhbəri

“Yeni tamaşalarımızda da İlqar Cahangir olacaq”- “Oda teatr”nın rəhbəri

Təhsil

10 Oktyabr 2014, 09:40


“Teatrımız öz fəaliyyətini artıq yeni ünvanda davam etdirir”. Bunu Modern.az-a açıqlamasında “Oda teatrı”nın rəhbəri Elmin Bədəlov deyib. Onun sözlərinə görə, teatr yeni ünvanda açılışa hazırlaşır:

“Yeni ünvanımız Mərkəzi Univermağın arxasında yerləşir və burda 3 gün açılış edəcəyik. 11,12, 13 oktyabr saat 19:00-da tamaşalarımız olacaq. Açılışdakı tamaşada aktyorlarımız İlqar Cahangir və Rauf Şahsuvarov olacaq. Zalımız 40 nəfərlikdir və tamaşaçılardan xahişimiz biletləri əvvəlcədən alsınlar”.  

E. Bədəlov deyir ki, komandalarında yeni sima yoxdur: “Komandamızda aktyor olaraq yeni sima yoxdur. Yeni rejissor dəvət etmişik”.

Teatr rəhbəri yeni rayonun ərazisində təhlükəsizlikdən şikayət etmədi: “Yeni yerimizdə təhlükəsizliklə bağlı heç bir problemimiz yoxdur. Artıq Yasamal rayonu ərazisindəyik. Problemlərimiz Nəsimi rayon polisi ilə olmuşdu. Yasamal rayonunda olduğumuz üçün güman edirik ki, heç bir problemimiz olmayacaq”.

Rüfanə GÜNƏŞ

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı