Modern.az

Erkən nikahlara qarşı layihə

Erkən nikahlara qarşı layihə

Təhsil

30 Sentyabr 2014, 19:34
Azərbaycan cəmiyyətində mövcud olan bir çox sosial problemlərin həllinə kifayət qədər diqqət yetirilir. O cümlədən, erkən nikahlar kimi mənfi halların qarşısının alınması üçün həm müvafiq dövlət qurumları, həm də ictimai birliklər tərəfindən səmərəli və effektiv tədbirlər görülür.

 Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Təkamül” Gənclərin Maarifləndirilməsinə Dəstək İB tərəfindən həyata keçirilən “Erkən nikahlar: reallıqlar və ziyanın azaldılması” layihəsi başa çatır.

“Erkən nikahlar: reallıqlar və ziyanın azaldılması” adlı layihənin məqsədi erkən nikahların gənclərə olan zərərli təsirinin yayılmasının məhdudlaşdırılması ilə bağlıdır. Azərbaycan cəmiyyətində erkən nikahlarının yayılmasına təkan verən amillər göstərilməklə belə halların ən çox yayıldığı regionlar sırasına cənub rayonlar (Lənkaran, Masallı, Lerik) də daxildir.

 

Erkən nikahların qarşısının alınması ilə bağlı tədbirlər əsasən maarifləndirmə işi ilə bağlıdır ki, əsas önəm müvafiq çap məhsulu və təlimlərə verilir. Layihə çərçivəsində buklet hazırlandı. Buklet  erkən nikahlar anlayışı, erkən yaşlarında nikaha daxil olmağın əsas fəsadları, erkən nikah insan hüquqlarının  pozulması kimi, erkən nikah yerli  qanunvericilikdə, erkən nikah beynəlxalq qanunvericilikdə kimi mövzular üzrə əsas məlumatları asan və qısa formada təsvir edir.

Layihənin digər fəaliyyətləri cənub bölgəsindən olan 120 yuxarı sinif şagirdin və 60 nəfər valideyn və müəllimlərin iştirakı ilə erkən nikahın mahiyyəti, müvafiq qanunvericilik, mənfi təsirlər, Azərbaycan cəmiyyətinin mənfəətinə xidmət edəcək sağlam ailənin yaradılması və inkişafı üçün alternativ yollar haqqında məlumatlılığın artırılması məqsədini daşıyan  təlim-seminarların keçirilməsidir.

Təlimlər zamanı uşaqlara erkən nikahlar, onların törətdiyi fəsadlar barəsində məlumatlar verilib.

Layihənin icrası nəticəsində gənclər arasında  erkən nikahlarla bağlı lazımi məlumatların verilməsi, onların maariflənməsi, erkən nikahlarla mübarizədə QHT-lərlə  məktəblərin imkanlarının  birləşdirilməsi, müasir ailə tərzi prinsiplərinin davamlı təbliği, vətəndaş cəmiyyəti institutları ilə yerli dövlət orqanları, özünüidarə orqanları arasında fəaliyyətin koordinasiya edilməsi, lazımi informasiya bazasının yaradılması kimi nəticələr əldə olunmuşdur. Zərərli vərdişlər,onun fəsadları barədə 180 nəfər birbaşa  və 500 nəfərə gədər insan dolayısı yolla məlumatlandırılmışdır. Erkən nikahların qarşısını alan “Könüllü qruplar” yaranmışdır. Həmin qruplar məlumatlandırmanı davam etdirirlər.

 

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı