İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Rusiya Federasiyası vətəndaşı Sənubər Səlimovanın gəlir əldə etmək məqsədi ilə qadınları fahişəliyə cəlb etməsi müəyyən edilib.
Modern.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən bildirir ki, İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının həyata keçirdikləri digər əməliyyat tədbirləri nəticəsində Binəqədi rayonu ərazisindəki “New Life” çay evində Xaçmaz rayon sakini Heybət Nemətovun gəlir əldə etmək məqsədi ilə əxlaqsızlıq yuvası təşkil etməsi müəyyən edilib.
Modern.az