Modern.az

Azərbaycanda ölmüş erməni diversantın meyiti qarşı tərəfə qaytarıldı

Azərbaycanda ölmüş erməni diversantın meyiti qarşı tərəfə qaytarıldı

Təhsil

10 Oktyabr 2014, 14:56

Azərbaycan Respublikası beynəlxalq humanitar hüquq normalarına hörmətlə yanaşaraq 7 avqust 2014-cü il tarixdə respublikamızın ərazisində saxlanmış və 8 avqust 2014-cü il tarixdə saxlanma yerində qəflətən ölmüş Ermənistan silahlı birləşmələri diversiya qrupunun üzvü, 1981-ci il təvəllüdlü Petrosyan Karen Artuşeviçin nəşini qarşı tərəfə qaytarıb.
Bu barədə Modern.az-a Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından  məlumat

Rəsmi məlumata görə, proses 10 oktyabr 2014-cü il tarixdə Qazax rayonu, Bala Cəfərli kəndi ərazisində baş tutub.
İnsidentsiz başa çatan proses Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və Müdafiə Nazirliyi tərəfindən, Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə həyata keçirilib.


Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı